AZ - "Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi

31 Avqust 2021 16:40 Qəbələ 1 046
AZ - "Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi

UEFA Gənclər Liqasında 2021/22 mövsümünün Çempionlar yolunun püşkatması keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub.

AFFA-nın təşkil etdiyi “Gənclər kuboku”nun qalibi olan “Qəbələ”nin rəqibi də müəyyənləşib.

19 yaşadək futbolçulardan ibarət komanda bu mərhələdə Niderlanddan “AZ Alkmaar” ilə qarşılaşacaq.

Bu mərhələnin görüşləri sentyabrın 29-da və oktyabrın 20-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matça evdə çıxacaq.

Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. Komandamız mərhələ adlasa, “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

“Alkmaar” – “Qəbələ” cütünün qalibi noyabrın 3-də və 24-də baş tutacaq mərhələnin ilk matçımı səfərdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti