“Qəbələ” BOS-da “balacalar”a öz yerini göstərdi

1 Sentyabr 2021 01:24 Qəbələ 1 203
“Qəbələ” BOS-da “balacalar”a öz yerini göstərdi

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirir.

Elmar Baxşıyevin yetirmələri bu gün yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ” I divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gəlib.

Məhsuldar keçən qarşılaşmada 5 qol vurulub. “Qəbələ” ikinci komanda üzərində 4:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti