«Qəbələ» ilə razılığa gələn Omar Hani bu gün Azərbaycana gələcək.
Bu barədə Sportinfo.az-a əyalət klubundan məlumat verilib.
Bildirilib ki, iordaniyalı hücumçu 1+1 illik müqavilə imzalanacaq. Daha çox hücumun kənar uclarında oynamağa alışan ərəb «Al-Faysal»ın yetirməsidir.
2019-cu ildə APOEL-ə transfer olan Ömar Hani 1 il sonra Kiprin başqa bir klubuna – «Olimpiakos»a keçib. O, Nikosiya təmsilçisinin heyətində 19 matça çıxıb.
İordaniyanın U-19 ilə U-23 yğmalarndan sonra əsas milliyə cəlb olunan forvard ilk və hələlik son dəfə bu formanı 2019-cu ildə geyinib.
APOEL-lə vidalaşan ərəb legioner «Qəbələ»nin sonuncu transferidir. «Qırmızı-qaralar» büdcədə yaranan maliyyə çatıışmazlıığıı səbəbindən ən azı qaış fasiləsindək başqa əcnəbi futbolçunu rənglərinə bağlamayacaq.
Bölgə təmsilçisi bu yay 6 yeni oyunçu ilə güclənib: Ürfan Abbasov ("Səbail"), Məqsəd İsayev ("Səbail"), Nicat Mehbalıyev ("Sabah", icarə), Kristof Atanqana-Assimba (“Atletik”, İspaniya), İsnik Alimi (“Atalanta”, İtaliya), Ruan Renato ("Ponte Preta", Braziliya).

