"İndi bunun ardını gətirmək lazımdır" - "Qəbələ"dən

29 Avqust 2021 22:20 Qəbələ 1 181
"İndi bunun ardını gətirmək lazımdır" - "Qəbələ"dən

"Keşlə" ilə oyun çox ağır keçdi. Yaxşı hazırlaşmışdıq. Məşqçimiz rəqibi yaxşı analiz eləmişdi. Boşluqların harda olacağını bizə demişdi. Şükürlər olsun ki, verilən tapşırıqları yerinə yetirə bildik. İkinci hissə bir qədər ağır keçdi. Amma yenə də biz öz oyunumuzu davam etdirib hesabı qoruyub saxlaya bildik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Urfan Abbasov mövsümdəki ilk qələbələri haqqında danışarkən deyib.

Təcrübəli futbolçu mövsümün əvvəli yığacaqları xalların vacib olduğunu bildirib: "Çempionat hələ yeni başlayıb. İndi yığacağımız xallar gələcəkdə yaxşı nəticə göstərməyimiz üçün bizə kömək olacaq".

Abbasov komandasının ilk iki turdakı uğurlu çıxışının onun üçün təəccüblü olmadığını qeyd edib: "İlk iki turda 4 xal yığmağımıza təəccübləndiyimi deməzdim. Oyunlara yaxşı hazırlaşmışdıq. Nəticədə bu xalları topladıq. İndi bunun ardın gətirmək lazımdır. Daha yaxşı olmağa çalışacağıq. Bunun üçün qarşıda hələ vaxtımız var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti