"Qəbələ"nin təklifini çox götür-qoy etdi, son sözü bu oldu

29 Avqust 2021 10:40 Qəbələ 2 301
"Qəbələ"nin təklifini çox götür-qoy etdi, son sözü bu oldu

«Qəbələ» Omar Hani ilə danışıqları başa vurub.

Bu barədə bölgə klubundan Sportinfo.az-a bildirib.

Verilən məlumata görə, iordaniyalı hücumçu gələn həftənin əvvəlində Azərbaycana təşrif buyuracaq. Ərəb legionerlə maliyyə şərtlərində razılış əldə olunub: o, 1+1 illik müqaviləyə imza atacaq.

Haniyə başqa təkliflər gəlsə də, ailəsinin məsləhəti ilə «Qəbələ»nin yolunu tutub Daha çox hücumun kənar uclarında oynamağa alışan ərəb «Al-Faysal»ın yetirməsidir.

2019-cu ildə APOEL-ə transfer olan Ömar Hani 1 il sonra Kiprin başqa bir klubuna – «Olimpiakos»a keçib. O, Nikosiya təmsilçisinin heyətində 19 matça çıxıb.

İordaniyanın U-19 ilə U-23 yğmalarndan sonra əsas milliyə cəlb olunan forvard ilk və hələlik son dəfə bu formanı 2019-cu ildə geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti