"Qəbələ"nin kapitanı Asif Məmmədovun koronavirusa yoluxmasını xəbər vermişdik.
Sportinfo.az-ın məlumatına görə, təcrübəli futbolçu artıq sağalıb. O, iki həftəlik fasilədən sonra ilk dəfə bu gün komandanın məşqlərində də iştirak edib.
Məmmədov virusa yoluxduğu üçün Premyer Liqanın arxada qalan iki turunda "Qəbələ"yə kömək edə bilməmişdi.

