Məlum olduğu kimi, “Qəbələ” İdman Klubu yaxınlarda daha bir sponsorluq müqaviləsi imzalayıb.
Əyalət klubu Azərbaycanın otel sektorunda liderlərdən sayılan “Qafqaz Hotels&Resorts”la əməkdaşlığa başlayıb.
Şirkət əsas komandanın forma arxası sponsoru olacaq. “Qəbələ” və “Qafqaz Hotels&Resorts” arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb.
Daha öncə “Qəbələ” İdman Klubu və “Gilan&Knauf” arasında titul sponsorluğu ilə bağlı 1 il müddətinə müqavilə imzalanıb.
“Qəbələ”lilər “Qafqaz Hotels&Resorts”la tərəfdaşlııq sayəsində xərclərin bir qismindən xilas olub.
Belə ki, komanda Qəbələdə yerləşən otelin xidmətindən bundan sonra pul ödəmədən yararlanacaq. Bu isə “qıırmızı-qaralar“ın doğma rayonda normal hazırlıq keçməsinə kömək edəcək.
Son illərdə vəziyyət tamam başqa cür idi: kollektiv Qəbələdə məskunlaşmaq üçün yer tapa bilmir, oyunlardan yalnız 1 gün öncə rayona qayıdırdı.
Başqa sözləşmə, yeni sövdələşmə klubu 250-300 min manat məsrəfdən qurtarıb.
SPORTİNFO.AZ

