"Qəbələ" BOS-a sığındı, axtarıb özününküləri tapdı

28 Avqust 2021 12:40 Qəbələ 1 235
"Qəbələ" BOS-a sığındı, axtarıb özününküləri tapdı

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir.

Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçir.

“Qəbələ” fasilə dövründə yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” I divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gələcək. Oyun avqustun 30-da baş tutacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti