“QƏBƏLƏ”: “Bizim onlardan futbolçu götürmək fikrimiz yoxdur"

26 Avqust 2021 17:40 Qəbələ 2 191
“QƏBƏLƏ”: “Bizim onlardan futbolçu götürmək fikrimiz yoxdur"

Nigeriyanın “Lion Hart” klubu Azərbaycana gəlib.

Afrika təmsilçisi bir müddət Qəbələdə təlim-məşq toplanışı keçəcək.

“Qəbələ”dən Sportinfo.az-a bildirilib ki, Nigeriya komandası öz istəyi ilə bura təşrif buyarıb:

“Onları Azərbaycana biz dəvət etməmişik. “Lion Hart” əsasən gənclərdən formalaşdırılıb.

Azərbaycana gələnə kimi Belarus və Türkiyə kimi ölkələrdə təlim-məşq toplanışında olub. Buradan da harasa gedəcəklər.

Bizim onlardan futbolçu götürmək fikrimiz yoxdur. Nigeriyalı gənclər Qəbələdə məşq etməklə yanaşı, əvəzedici komandamızla yoxlama oyunları keçirəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti