“Qəbələ” Omar Hani Əl-Zebdeh transferində gün sayır.
İordaniyalı forvard ona təklif olunan müqavilə şərtləri ilə razılaşıb.
Sadəcə, o, ailəsi ilə məsləhətləşəndən sonra Azərbaycana gəlib-gəlməyəcəyini dəqiqləşdirəcək. Başqa ölkələrdən, o cümlədən, Kiprdən 2-3 təklif alan ərəb legioneri indi qazancağı məbləğ bir elə maraqlandırmr.
Onun üçün əsas oyun praktikas qazanmasdır, “Qəbələ” də belə bir zəmanət verir.
Daha çox hücumun kənar uclarında oynamağa alışan ərəb «Al-Faysal»ın yetirməsidir.
2019-cu ildə APOEL-ə transfer olan Ömar Hani 1 il sonra Kiprin başqa bir klubuna – «Olimpiakos»a keçib. O, Nikosiya təmsilçisinin heyətində 19 matça çıxıb.
İordaniyanın U-19 ilə U-23 yğmalarndan sonra əsas milliyə cəlb olunan forvard ilk və hələlik son dəfə bu formanı 2019-cu ildə geyinib.
“Bəli, “Qəbələ”dən təklif almışam” - bu sözləri sportal.az-a açıqlamasında Omar Hani deyib. Yarımmüdafiəçi “Qəbələ”də oynamağa hazır olduğunu dilə gətirib:
“Ola bilər ki, ölkənizə gəldim. Amma düzünü deyim ki, Azərbaycan futbolu haqda çox da geniş məlumata sahib deyiləm.
“Qəbələ” bu mövsüm çempionata da yaxşı başlayıb. İki tur sonra 4 xal yaxşı başlanğıcdı. “Qəbələ”yə gəlməyə hazıram. Necə olacağını zaman göstərəcək”.
SPORTİNFO.AZ

