Elmar Baxşıyevi sevindirən xəbər gəldi

22 Avqust 2021 21:00 Qəbələ 1 355
Elmar Baxşıyevi sevindirən xəbər gəldi

Azərbaycan Premyer Liqasının ikinci turunda doğma meydanda "Keşlə"ni məğlub (2-1) edən "Qəbələ" son dəqiqələrdə ciddi itki ilə üzləşdi.

Oyunun ən yaxşılarından olan və ilk qolun ideal ötürməsini edən gənc futbolçu Rüfət Əhmədov 87-ci dəqiqədə ciddi zədə alaraq yerini bir başqa gənc futbolçu Emil Səfərova verməli oldu.

Sportinfo.az-ın məlumatına görə, oyundan sonra həkim müayinəsində keçən 19 yaşlı oyunçunun durumunun yaxşı olduğu məlum olub.

Yaxın 1-2 gündə Əhmədov komanda ilə məşqlərə qoşula biləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti