“Qəbələ” Omar Hani Əl-Zebdehlə anlaşması barədə yaydığımız xəbəri təsdiqləyib.
Klubdan Sportinfo.az-a bildirilib ki, iordaniyalı forvard ona təklif olunan müqavilə şərtləri ilə razılaşıb.
Qarşıdakı günlərdə başqa bir problem çıxmasa, o, 1+1 illik anlaşma sənədinə imza atmaq üçün Azərbaycana gələcək.
Daha çox hücumun kənar uclarında oynamağa alışan ərəb «Al-Faysal»ın yetirməsidir.
2019-cu ildə APOEL-ə transfer olan Ömar Hani 1 il sonra Kiprin başqa bir klubuna – «Olimpiakos»a keçib. O, Nikosiya təmsilçisinin heyətində 19 matça çıxıb.
İordaniyanın U-19 ilə U-23 yğmalarndan sonra əsas milliyə cəlb olunan forvard ilk və hələlik son dəfə bu formanı 2019-cu ildə geyinib.

