Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində "Keşlə"ni qəbul edəcək "Qəbələ" meydana ciddi itki ilə çıxacaq.
Sportinfo.az-ın məlumatına görə, zədə səbəbindən ilk turu buraxan kapitan Asif Məmmədov bu gün də meydanda komandasına kömək edə bilməyəcək.
Yarımmüdafiəçinin zədəsi sağalsa da, həkimlər ona iki həftə dincəlməyi tövsiyyə edib.
"Qəbələ" - "Keşlə" görüşü 18:00 Qəbələ şəhər stadionunda start götürəcək

