Kəmaləddin Heydərov  “Qəbələ“ üçün bunu da etdi

19 Avqust 2021 21:00 Qəbələ 3 159
Kəmaləddin Heydərov  “Qəbələ“ üçün bunu da etdi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə şirkəti olan “Gilan Holdinq“ “Qəbələ” İdman Klubuna ayırdığıı maliyyəni bir qədər də artırıb.

Sportinfo.az-ın məlumatına görə, bu, növbəti sponsorluq müqaviləsi sayəsində gerçəkləşib.

Belə ki, bölgə təmsilçisi Azərbaycanın otel sektorunda liderlərdən sayılan “Qafqaz Hotels&Resorts”la əməkdaşlığa başlayıb.

Şirkət əsas komandanın forma arxası sponsoru olacaq. “Qəbələ” və “Qafqaz Hotels&Resorts” arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb.

Daha öncə “Qəbələ” İdman Klubu və “Gilan&Knauf” arasında titul sponsorluğu ilə bağlı 1 il müddətinə müqavilə imzalanıb.

Bu iki tərəfdaşlıq anlaşması “Gilan Holdinq“ tərəfindən “Qəbələ“ üçün nəzərdə tutduğu büdcənin 600 min manatdan 1 milyon manata çatmasına səbəb olub.

Konkret desək, son kontrakt “qırmızı-qaralar“ı daha 400 min manat irəli salıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti