Bölgə klubu: “Hücum xəttinə yeni futbolçu düşünürük”

17 Avqust 2021 19:20 Qəbələ 1 307
Bölgə klubu: “Hücum xəttinə yeni futbolçu düşünürük”

“Qəbələ” tezliklə yeni hücumçu gətirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elmar Baxşıyev bildirib.

Sitat: “Rəhbərlik qarşımıza ilk növbədə komandanı formalaşdırmaq vəzifəsi qoyub. Hücum xəttinə yeni futbolçu düşünürük.

Ön xətdə sıxıntı da var, maraqlandığımız oyunçu da. Hələ rəsmi razılıq əldə etməmişik”.

Əyalət təmsilçisi bu yay 6 yeni futbolçunu rənglərinə bağlayıb. Onlardan 3-ü yerli, qalanları legioneridr:

Ürfan Abbasov ("Səbail"), Məqsəd İsayev ("Səbail"), Nicat Mehbalıyev ("Sabah", icarə), Kristof Atanqana-Assimba (“Atletik”, İspaniya), İsnik Alimi (“Atalanta”, İtaliya), Ruan Renato ("Ponte Preta", Braziliya).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti