«Qəbələ»ni izləyən deməz ki, bu, kasıb, qəpik-quruşa yığılan bir kolmandadır.
Kasıb da olsalar, varlı futbol oynayırlar. Özünü meydanda varlı kimi hiss edən «Neftçi»yə qələbə ləzzəti yaşatmadılar.
İki dəfə hesabda geri düşdülər və hər dəfəsində dönüş etdilər. Bu cür əzmkarlığtından dolayı, Elmar Baxşıyevi də, futbolçularını da ayaqüstündə alqışlamaq gərək!
«Qəbələ» yayın əvvəlində 10-dan artq yerli və əcnəbi oyunçusu ilə vidalaşdı.
Onların içində məşqçilərin qalmasnı istəmədiyi adlar da oldu, klubun yeni müqavilə şərtləri ilə razılaşmayanlar da.
Ya vəlvələdən, ya zəlzələdən - komandanı yenidən yığmaq lazım gəldi və Baxşıyevin dediyinə görə, komplektləşmə prosesi başa çatmayıb, hələ davam edir.
«Qəbələ» bu yarımcan halı və heyəti ilə son çempion qarşısında aciz təsir bağışlamırsa, əzələ nümayiş etdirirsə, bizi irəlidə ondan çox şey gözləməyə inandırır.
İsnik Alimi və Ruan Renato kollektivə yeni qoşulub. Heç 3 həftə deyil gəldikləri. Ancaq uzun illərdir burada oynayırlarmış kimi bir performans qoydular ortaya.
Bu, nəyin əlamətidir? Əlbəttə ki, düşərgədəki səmimi, təzyiqdən uzaq ab-havanın.
SPORTİNFO.AZ

