"Yeni mövsümə yaxşı hazırlaşmışıq. Yeni oyunçularımız da komandaya uyğunlaşırlar.
İnşallah, yaxşı oyunlar keçirib, yaxşı nəticələr qazanmaq istəyirik".
Bu sözləri Sportinfo.az-a açıqlamasında bu gün Azərbaycan Premyer Liqasının başlamasından danışan "Qəbələ"nin müdafiəçisi Urfan Abbasov deyib.
O, ilk turda qarşılaşacaqları son çempion "Neftçi"nin güclü heyətə sahib olduğunu bildirib:
"İlk oyunumuz "Neftçi"yə qarşı olacaq. Onlar demək olar hazırdıl. Çempionlar Liqası və Avropa Liqasında oyunlar keçirdilər.
Çətin oyun olacaq. Güclü heyətə malikdilər. Biz də əlimizdən gələni edib, müsbət nəticə göstərməyə çalışacağıq".
Təcrübəli futbolçu hədəflər haqqında danışarkən hər şeyə çempionatın gedişindən aydınlıq gələcəyini deyib:
"Qarşıdakı oyunlar göstərəcək nə edə bilərik. Komandamıza yaxşı yeni oyunçular gəlib.
Cavan oyunçularımız da var. İnşallah, bu kollektivlə yaxşı nəticələr əldə etmək istəyirik".

