"Elmar müəllimin rəhbərliyi altında yeni mövsümə hazırlaşırıq. Hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirdik. "Neftçi" ilə ilk turda baş tutacaq oyunumuza hazırıq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin qapıçısı Nicat Mehbalıyev deyib.
Gənc qapıçı ilk turda qarşılaşacaqları "Neftçi" haqqında da danışıb: "Neftçi"nin gücünə bələdik. Amma bu, o demək deyil ki, qələbə qazana bilmərik. Məncə, "Neftçi"də avrokuboklardakı oyunların yorğunluğu hiss olunacaq. İstənilən halda bizi çətin oyun gözləyir".
Mehbalıyev Kristof Ataqananın transferindən sonra qapı mövqeyində yaranan rəqabətə hazır olduğunu bildirib: "Kristof çox mədəni, həm də güclü qapıçıdır. Aramızda sağlam rəqabət var. Təkcə Kristof yox, Elməddin də məşqlərdə hazır olduğunu sübut edir. Sonda qapıda kimin duracağına məşqçilər heyəti qərar verəcək".

