“Qəbələ” İdman Klubu Azərbaycanın daha bir tanınmış markası ilə əməkdaşlığa başlayıb.
Tikinti materialları sektorunda liderlərdən olan “Gilan&Knauf” əyalət təmsilçisinin titul sponsoru olub.
Yeni brendlə əməkdaşlıq “Qəbələ“yə 600 min manat qazandırıb. Qarşı tərəf həmin vəsaiti 10 ay ərzində hissə-hissə klubun hesabına köçürəcək.
“Qəbələ” İdman Klubu ilə “Gilan&Knauf” arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb.
Anlaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Gilan&Knauf” brendinin loqosu əks olunacaq.
“Gilan&Knauf”un əsası “Gilan Holdinq” və “Knauf Gips AG” tərəfdaşlığı ilə 2006-cı ildə qoyulub.
“Qəbələ“ onlara kimi “Milla“ və “Qafqaz Hotel“lə tərəfdaşlıq edirdi.
SPORTİNFO.AZ

