"Qəbələ"nin dəvəti bizi hərəkətə gətirən çağırışdır"

6 Avqust 2021 19:40 Qəbələ 956
"Qəbələ"nin dəvəti bizi hərəkətə gətirən çağırışdır"

“Karyeramdakı bu yeni səhifədən çox məmnunam”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ”nin yeni transferi Ruan Renatoya məxsusdur.

Premyer Liqa klubu ilə dünən müqavilə imzalayan braziliyalı müdafiəçi instaqram səhifəsində keçidinə münasibət bildirib.

27 yaşlı oyunçu paylaşımında yeni mövsümü səbirsizliklə gözlədiyini yazıb: “Bu, bizi hərəkətə gətirən yeni çağırış və çətinliklərdir. Mənə verilən fürsətə görə “Qəbələ” klubuna təşəkkür edirəm. Bizim üçün böyük tərəqqi mövsümü olsun”.

Son klubu “Ponte Preta” olan Ruan Renato “Qəbələ” ilə 1+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti