"Məsləhətləşmələrdən sonra rahatlaşdım və sakitcə gəlib çatdım”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ”nin yeni transferi Kristof Atanqana-Assimbaya məxsusdur.
Kamerunlu qapıçı əyalət təmsilçisi ilə 2 illik müqavilə imzalamazdan əvvəl Kamerunda yaşayan ailəsi ilə məsləhətləşdiyini deyib:
“Burada ingilis dilində danışa bilirəm. Hər gün həmkarlarımla, küçədə də insanlarla danışıram. Hələlik mənim üçün çox rahatlıqdır. Səbirsizliklə Azərbaycan çempionatının başlamasını gözləyirəm".
İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo” klublarının formasını geyinib.
“Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.

