"Qəbələ" məşhur Braziliya klubunun müdafiəçisini gətirdi

5 Avqust 2021 15:00 Qəbələ 1 477
"Qəbələ" məşhur Braziliya klubunun müdafiəçisini gətirdi

Yeni mövsümə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” braziliyalı müdafiəçi Ruan Renato ilə 1+1 illik müqavilə imzalayıb.

27 yaşlı arxa xətt oyunçusunun son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub.

Renato daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-2018), “Yuventud” (2016-2017, icarə əsasında), “Vitoriya” (2018-2020), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-2018, icarə əsasında) klublarında da çıxış edib.

“Qəbələ” Renatoya qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti