“Qəbələ”nin tərkibində yeni yaradılan komandanın nə planları var?

3 Avqust 2021 11:00 Qəbələ 1 064
“Qəbələ”nin tərkibində yeni yaradılan komandanın nə planları var?

Azərbaycan I divizionda çıxış edəcək “Qəbələ-2” yeni mövsümün hazırlığına başlayıb.

Sportinfo.az klubun saytına istinadən məlumat verir ki, “Qəbələ” İdman Klubunun tərkibində yeni yaradılan komanda ilk məşqinə çıxıb.

Əsasən futbol akademiyasının yetirmələrindən təşkil olunan ikinci komanda hazırlığına Qəbələ şəhər stadionunda start verəcək.

“Qəbələ-2”ni bunadək U-19-un baş məşqçisi olan Famil Xəlilov çalışdıracaq. Onun yetirmələri yeni mövsümə hazırlıq dövründə bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq.

I Divizionda 2021/2022-ci illər mövsümü sentyabrın 13-də start götürəcək. İki dövrədən ibarət olacaq çempionatda 13 komanda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!