"Qəbələ" ilə müqavilə imzalamağı təklif etdi, öz-özümə "lənət olsun" dedim”

2 Avqust 2021 22:40 Qəbələ 894
"Qəbələ" ilə müqavilə imzalamağı təklif etdi, öz-özümə "lənət olsun" dedim”

"Bakı gözəl şəhərdir. Buradakı insanlar çox mehribandır.

Komandada mənimlə yaxşı rəftar edirlər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qəbələ" klubunun yeni transferi Kristof Atanqana-Assimba "Elcorreo" nəşrinə açıqlamasında deyib.

2 illik müqavilə imzalayan 21 yaşlı qapıçı İspaniya "Atletik"i ilə müqaviləsi bitdiyi üçün dünyanı görmək və Bilbaodan bir az uzaqlaşmaq istədiyini bildirib.

"Agentimə İspaniyadan ayrılmaq istədiyimi söylədim. O, işə başladı və "Qəbələ" ilə müqavilə imzalamağı təklif etdi. Öz-özümə "lənət olsun" dedim.

Bakı, Azərbaycan. Həmin vaxt bu ölkə haqqında məlumatım yox idi. Bunun üçün məndə qorxu var idi. Hara gedəcəyimi bilmirdim".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!