AFFA “Qəbələ”yə yenə yardım əlini uzatdı

2 Avqust 2021 21:00 Qəbələ 867
AFFA “Qəbələ”yə yenə yardım əlini uzatdı

AFFA “Qəbələ”yə ayırdığı əlavə maliyyə yarıdımını bir qədər də artırıb.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi federasiyadan 2 milyon manat civarında vəsait əldə edib.

Bu isə ötən “futbol ili” ilə müqayisədə 500 min manat çoxdur.

Qurum bölgə klubunun akademiyası ilə yanaşı, infrastrukturunun qorunmasına da diqqət ayırıb.

AFFA baza və meydançaların saxlanılması üçün tələb olunan maliyyə vəsaitinin önəmli hissəsini öz üzərinə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!