Bu da "Qəbələ"dən ikinci...

31 İyul 2021 09:00 Qəbələ 781
Bu da "Qəbələ"dən ikinci...

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Zirə” ilə üz-üzə gəlib.

Elmar Baxşıyev qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib:

Nicat Mehbalıyev, Urfan Abbasov, Murad Musayev, Məqsəd İsayev, Ehtiram Şahverdiyev, Kamal Mirzəyev, Asif Məmmədov, Emil Səfərov, Yaovi Akakpo, Rövlan Muradov, Ülvi İsgəndərov.

Qarşılaşmaya daha fəal başlayan “Qəbələ” erkən qola sevinib. 10-cu dəqiqədə Yaovi Akakpo fərqlənib.

Fasiləyədək hər iki komanda hücumlar təşkil etsə də, hesab dəyişməz qalıb. İkinci hissədə rəqiblərin heyətində dəyişikliklər edilib.

“Qəbələ”də Rauf Rüstəmli, Hüseyn Mürsəlov, Nemət Şıxəmirov, Kristof Atanqana meydana daxil olub. 59-cu dəqiqədə “Zirə” hesaba tarazlıq gətirən qola imza atıb.

Bakılıların qolunun müəllifi Velvis Santos olub. Lakin “qırmızı-qaralar”ın hücumları bəhrəsini verib. 87-ci dəqiqədə fərqlənən Kamal Mirzəyev “Qəbələ”yə 2:1 hesablı qələbə qazandırıb.

"Qırmızı-qaralar” bunadək Bakı toplanışında iki oyun keçirib. Komandamız öncə “Zirə” (0:3), ardınca “Səbail”lə (3:2) görüşüb.

"Qəbələ" - "Zirə" 2:1

Qollar: Yaovi Akakpo, 10, Kamal Mirzəyev, 87 // Velvis Santos, 59

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı