«Mən bu futbolçunun belə tez komandadan getməsini istəmirəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.
«Qəbələ»nin yetirməsi Rüfət Əhmədovu «Neftçi»yə satmağa razılıq verməsindən məlumatlısız. Paytaxt təmsilçisi 2002-ci il təvəllüdlü müdafiəçiyə görə 150 min manat ödəyəcək.
Bu transfer danışıqları ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub.
Əyalət təmsilçisi Milan Obradoviçin U-21 yığmasına da dəvət etdiyi arxa xətt oyunçusunu indi «ağ-qaralar»ın düşərgəsinə göndərmək istəmir.
Məsələ belədir ki, qəbələlilər onun yeni mövsümdə də burada qalmasına təkid edir. Yəni, «Neftçi» Rüfətin transfer hüququnu alsın və onlara 1 illik icarəyə versin – özü də pulsuz.
«Qəbələ» görüşmələrin başındaa 200 min maanat təzminat tələb edirdi. Sonradan 50 min manat güzəştə getmələrinin bir səbəbi də budur.
E.Baxşıyev müdafiəçinin hələ bir qədər də təcrübə toplamalı olduğunu bildirib: «Neftçi»nin onunla yaxından maraqlanmasından və transfer etmək istəməsindən xəbərim var.
İndiyədək akademiyamıızdan xeyli yaxşı futbolçu çıxıb. Rüfət də onlardan biridir. Ötən mövsümdən etibarən əsas komandada çıxış edir və mənim etimadımı doğruldur.
İstərdim ki, bir il də bizimlə qalsın. «Neftç»də rəqabət güclüdür, heyətə düşməsi çətin ola bilər, «Qəbələ»də qalsa, daha çox oyun praktikası qazanacaq və artıracaq».