"Qəbələ" 10 legioner içindən seçim edir

15 İyul 2021 11:40 Qəbələ 1 140
"Qəbələ" 10 legioner içindən seçim edir

«Qəbələ» yaxın günlərdə bir neçə legioneri Azərbaycana gətirəcək.

Klubbdan Sportinfo.az-a verilən məlumata görə, hazırda 10-a yaxın əcnəbi futbolçu ilə danışıqlar davam edir.

Onlardan 5-6 nəfərlə müqavilə bağlanması nəzərdə tutulub. Maraq dairəsinə düşənlərdən 1-i qapıçı, 2-si hücumçu, qalanları isə müdafiəçi və yarımmüdafiəçidir.

«Qəbələ» ötən günlərdə «Səbail»dən Ürfan Abbasov və Məqsəd İsayevi rəsmən heyətinə qatıb, «Sabah»dan Nicat Mehbalıyevi 1 illik icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti