"Büdcə imkan verməsə, yerli və akademiya futbolçularının üzərində dayanacağıq" - "Qəbələ"dən

10 İyul 2021 20:20 Qəbələ 1 146
"Büdcə imkan verməsə, yerli və akademiya futbolçularının üzərində dayanacağıq" -

"Hələ büdcənin müəyyən olunmasını gözləyirik. Ondan sonra transferlərə başlaya bilərik. Amma belə danışdığımız, maraqlandığımız oyunçular var. Ancaq hər şey gəlib büdcə məsələsində dayanır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis əcnəbi futbolçu transfer edə bilməsələr gənclərlə yola davam edəcəklərini bildirib: "Büdcə imkan versə, əcnəbi futbolçular istərdik. Amma büdcə imkan verməsə, yerli və akademiya futbolçularının üzərində dayanacağıq.

Keçən ildən komandamıza gənc futbolçular qatmışdıq. Akademiya uşaqları yanvardan yaya kimi təxminən 6 ay bizimlə olublar. Gələcək vəd edən futbolçulardı. Üzərində dayanıb, daha yaxşı olmalarına çalışmaq lazımdır. Bu bizim B variantıdır. Əlbəttə, geniş büdcəmiz olsa, daha fərqli komanda görə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi