AFFA-nın “Qəbələ” ilə əlaqəli planları dəyişdi – SON ANDA

8 İyul 2021 13:00 Qəbələ 1 503
AFFA-nın “Qəbələ” ilə əlaqəli planları dəyişdi – SON ANDA

AFFA “Qəbələ”nin intizarına son qoyub.

Sportinfo.az-ın məlumatına görə, federasiya əyalət klubuna ayırdığı yardım paketini artırıb.

Beləliklə, “qırmızı-qaralar”ın yeni sezon üçün qurumdan 1,8 milyon manat alması nəzərdə tutulub. Bu isə ötən sezonla müqayisədə 300 min manat “zam” deməkdir.

AFFA artımı əvəzedici komandanın bərpası üçün edib. “Qəbələ” bu vəsait hesabına I Divizionda mübarizə aparacaq” dubl”u formalaşdıracaq. 3 ildən sonra aşağı dəstədə təmsilçisi olacaq bölgə klubunun istəyina çatmasını söyləyə bilərik.

Federasiya son ana kimi başqa fikirdə idi. 1,5 milyon manatlıq paketlə kifayətlənmək niyyətindən vaz keçmək istəmirdilər.

Sadəcə, “Qəbələ” göstərilən məbləğin onlara kifayət etməməsi barədə ortaya faktlar qoydu.

Vəsaitin hara xərclənməsi barədə sənədlərlə tanış olan AFFA gördü ki, güzəştə getməsə, “qırmızı-qaralar” uşaq futbolunun inkişafı ilə bağlı 15 ildir apardığı siyasətdən tamamilə imtina edəcək.

Çünki “Qəbələ” quruma bildirmişdi ki, I Diviziondan iştirakdan imtina müqabilində onlara kəsiləcək 150 min manat cəriməni ödəmək üçün U-17 və U-19 komandalarının fəaliyyətini dayandıracaqlar.

Yenə yaxşı ki, AFFA bu məqamları nəzərə aldı və “Qəbələ”nin akademiyanı yaşatmasına dəstək olmağı lazım bildi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!