“Sabah” qapıçısını “Qəbələ”nin ixtiyarına verdi

7 İyul 2021 16:20 Qəbələ 720
“Sabah” qapıçısını “Qəbələ”nin ixtiyarına verdi

2021/22 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, klub bu haqda rəsmi sayt vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “qırmızı-qaralar”ın formasını geyinəcək. Ötən sezon “Sabah”ın əsas komandasında 2 oyun keçirən qolkiper 1 illik icarəyə götürülüb.

21 yaşlı “əlcək sahibi” “Sabah”a qədər “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.

“Qəbələ” Nicata qədər Urfan Abbasov və Məqsəd İsayevi heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti