"Qəbələ"də iki yoxlama

8 İyul 2021 00:42 Qəbələ 1 312
"Qəbələ"də iki yoxlama

“Qəbələ” 2021/22 mövsümünün hazırlıqlarını davam etdirir.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, yay toplanışına iyulun 5-də start verən “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

Elmar Baxşıyevin komandası iyulun 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komanda Bakıya yollanacaq.

“Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək. “Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq. Bölgə təmsilçisi həmin gün "Zirə” ilə üz-üzə gələcək. İyulun 21-dəki rəqib isə “Səbail”l olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti