"Qəbələ" yay tətilindən qayıtmağa MALİYYƏ TAPMADI

3 İyul 2021 09:40 Qəbələ 833
"Qəbələ" yay tətilindən qayıtmağa MALİYYƏ TAPMADI

«Qəbələ»nin yay hazırlıq planı dəyişib.

Əyalət təmsilçisi dünən bir araya gəlməli olsa da, komanda nə bu gün, nə də sabah təlim-məşq toplanışına başlayacaq.

Premyer Liqanın yeganə bölgə nümayəndəsi yalnız gələn həftə çalışmalara start verməyi planlaşdırır.

Bu, maliyyə çatışmazlığından irəli gələn bir problemdir. Üstəlik, heyət çatışmazlığı var. Ötən günlər ərzində bir çox futbolçunun burada qalmayacağı dəqiqləşib.

Gedənlərin siyahısına onlar daxildir: Merab Qiqauri ("Keşlə"), Yusif Nəbiyev, Tərlan Əhmədli, Roman Hüseynov (hamısı "Sumqayıt"), Vinko Medimoreç ("UTA Arad", Rumıniya), Anar Nəzirov ("Zirə"), Rasim Ramaldanov (karyerasını bitirib), Nikolas Raysel, Ceyms Adeniyi, Cavid Hüseynov, Sadiq Quliyev, Ülvi İsgəndərov, Faiq Hacıyev.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti