“Qəbələ” hansı qapıçıya müqavilə təklif edib?

2 İyul 2021 19:00 Qəbələ 942
“Qəbələ” hansı qapıçıya müqavilə təklif edib?

“Qəbələ” ötən sezon xidmətindən yararlandığı 2 qapıçı ilə vidalaşıb.

Tərlan Əhmədli bir neçə gün öncə “Sumqayıt”ın yolunu tutdusa, Anar Nəzirov bu gün “Zirə”yə qayıtdı.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi hazırda Rəşad Əzizili ilə danışıqlar aparır.

“Zirə”də ehtiyatda qalan kiper “qırmızı-qaralar”ın maliyyə şərtləri ilə razılaşsa, onunla 1 illik müqavilə imzalanacaq.

Digər Xəbərlər
Xəbər Lenti