"Qəbələ"nin legioneri ölkəsində Azərbaycandan nələr söylədi?

1 İyul 2021 14:40 Qəbələ 1 207
"Qəbələ"nin legioneri ölkəsində Azərbaycandan nələr söylədi?

"Azərbaycan milli keyfiyyətli oyunçular baxımından Albaniya ilə müqayisədə daha yüksək səviyyədədir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qəbələ"də çıxış edən albaniyalı futbolçu Yurgen Qoca ölkəsinin televiziyasına açıqlamasında söyləyib.

29 yaşlı müdafiəçi ötən mövsüm tanınmış yaponiyalı futbolçu Keysuke Hondanın Azərbaycan Premyer Liqasında çıxış etdiyini xatırladıb.

Qocanın sözlərinə görə, bu ölkədə albaniyalı olduğunu söyləyəndə birbaşa "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollinin adı çəkilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti