"AFFA-dan kluba ayrılan vəsaitin artırılmasını istəmişik"

30 İyun 2021 17:40 Qəbələ 975
"AFFA-dan kluba ayrılan vəsaitin artırılmasını istəmişik"

"Biz I Divizionda çıxış etmək istəyirik"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ" Futbol Akademiyasının meneceri Nail Kərimov deyib.

Birinci liqada 2021/2022 mövsümü üçün 12 komandanın iştirakı təsdiqlənib. "Zaqatala", "Turan Tovuz", "Kəpəz", MOİK, "Qaradağ Lökbatan", "Nefçi-2", "Qarabağ-2", "Keşlə2", "Sumqayıt-2", "Sabah-2", "Zirə-2" və "Səbail-2"nin yarışa qatılacağı dəqiqləşib.

2020/2021 mövsümündə I Divizionda 10 komanda iştirak edib. "Neftçi-2" 27 turdan sonra 64 xalla qızıl medallara sahib çıxıb.

”Zirə” ilə”Səbail”dən fərqli olaraq, “Qəbələ” ilə qeyri-müəyyənliyin yaranması maliyyə çatışmazlığından qaynaqlanır. Əyalət təmsilçisi I Diviziona qayıdış üçün AFFA-dan onlara ayrılmış ümumi yardım paketinin artırılmasını istəyir.

Həmin məblğ minumum 300 min manat təşkil edir. “Qırmız-qaralar” federasiyanın verdiyi 1,5 milyon manatın əsas komanda və akademiyanın saxlanılmasına belə, bəs etmədiyini göstərir.

Hətta quruma təklif olunub ki, ianənin hara xərclənməsi araşdırsın. “Qəbələ”nin prezidenti problemin yoluna qoyulması üçün AFFA-nlın icraçı vitse-prezidenti Elxan Məmmədova görüş keçirməyi təklif edib.

Yaranmış vəziyyətlə.bağlı danışan N.Kərimov deyib ki, "Qəbələ"nin aşağı dəstədə mübarizə aparması AFFA-dan asılıdır:

"Bəli, biz federasiyaya bildirmişik ki, I Divizionda çıxış etməyimiz kluba ayrılan yardımın məbləğinin artırılıb-artırılmamasından asılıdır.

Bununla bağlı bütün sənədləri və məlumatları onlara təqdim etmişik. Vəsaitin artırılmasını istəmişik, amma rəqəm göstərməmişik.

AFFA-ya göndərdiyimiz faktlardan görmək olar ki, I Divizionda iştirak etməyə əlavə vəsait lazımdır. İndi AFFA-dan cavab gözləyirik. Yəni ki, son söz qurumundur».

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu