“Qəbələ”dən bu pulu qazanmaq üçün gedib - FOTO

26 İyun 2021 16:20 Qəbələ 1 333
“Qəbələ”dən bu pulu qazanmaq üçün gedib - FOTO

Bilindiyi kimi, "Qəbələ" ilə vidalaşan Vinko Medimoreç “UTA Arad”a keçib.

Rumıniya klubu 25 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Keçidi ilə bağlı danışan xorvatiyalı oyunçu təklifi qəbul etmək üçün çox düşünmədiyini bildirib.

Arad şəhərini təmsil edən UTA klubu ötən mövsüm Rumıniyanın yüksək liqasını 10-cu pillədə başa vurub.

“Qəbələ” rəhbərliyi ötən ilin sentyabrında komandaya qoşulan 25 yaşlı xorvatiyalı müdafiəçinin başa çatan müqaviləsini yeniləyə bilməyib. Maddi səbəblərdən.

O, 2020/2021 mövsümündə 26 oyuna 1 qol vurub. Medimoreç Premyer Liqada 23, Azərbaycan Kubokunda 3 matça çıxıb.

Balkanlı legioner Rumıniyada ayına 4500 avro qazanacaq. Razılaşmaya əsasən, o, müqavilənin qüvvədə olacağı ikinci ildə bundan 1500 artıq maaş alacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti