"Akademiyadan cavan uşaqlar götürüb, üstündə dayanmaq istəyirik"

19 İyun 2021 20:20 Qəbələ 1 240
"Akademiyadan cavan uşaqlar götürüb, üstündə dayanmaq istəyirik"

"Komandadan oyunçu göndərməyi yox, daha çox yeniləri dəvət etməyi fikirləşirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis akademiyandan əsas komandaya yeni futbolçuların cəlb olunacağını bildirib: "Bu heyətlə davam edəcəyik. Əlavə futbolçular dəvət etməyi planlaşdırırıq. Akademiyadan cavan uşaqlar götürüb, üstündə dayanmaq istəyirik. Amma fikrimiz yerli, əcnəbi və akademiyadan olan futbolçuların vəhdətindən heyət qurmaqdır.

Hazırda yalnız Urfan Abbasovla müqavilə bağlanıb. Ancaq maraqlandığımız yerli və əcnəbi futbolçular var. Amma hər şey büdcəyə bağlıdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu