"Qəbələ" yaşadı, yaşayır və yaşayacaq - FOTOREPORTAJ

11 İyun 2021 00:42 Qəbələ 3 535
"Qəbələ" yaşadı, yaşayır və yaşayacaq - FOTOREPORTAJ

AFFA-nın təşkil etdiyi "Gənclər Kuboku"nda final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşmada "Qəbələ" və "Sabah"ın U-19 komandaları üz-üzə gəliblər.

"ASCO Arena"da baş tutan matçın əsas vaxtı qolsuz bitdiyindən görüşün taleyi əlavə vaxtda həll olunub. Rəqibini 1:0 hesabı ilə məğlub edən əyalət təmsilçisi kuboka sahib çıxıb. Həlledici qolu 102-ci dəqiqədə Mehrac Baxşəli vurub.

Mükafatlandırma mərasiminda veteran futbolçular Vəli Qasımov, Cahangir Həsənzadə və Fərrux İsmayılov iştirak edib.

Qələbə qolunun müəllifi Mehrac Baxşəli final oyunun ən yaxşı oyunçusu, “Sabah”ın üzvü Abdulla Rzayev isə kubok yarışının ən məhsuldar oyunçusu kimi xüsusi mükafatla təltif ediliblər.

"Qəbələ"nin U-19 komandası 1/4 finalda “Keşlə”ni (3:2, 3:1), yarımfinalda isə “Qarabağ”ı (1:1, 3:2) mübarizədən kənarlaşdırıb. Bu, "qırmızı-qaralar"ın cari mövsümdə qazandığı ikinci kubokdur. Daha əvvəl U-17 bu yaş qrupu üzrə kubokun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı