"Qəbələ"də daha bir ayrılıq

10 İyun 2021 16:00 Qəbələ 1 176
"Qəbələ"də daha bir ayrılıq

"Qəbələ"də daha bir ayrılıq baş tutub.

Sportinfo.az-ın məlumatına görə, Sadiq Quliyev bölgə klubu ilə yolları ayırıb.

Baş məşqçi Elmar Baxşıyev "Qəbələ" yetirməsi olan müdafiəçiyə son mövsüm cəmi 2 oyunda şans verib. Ümumilikdə isə Sadiq "Qəbələ" formasında 26 Premyer Liqa görüşündə forma geyinib.

Təcrübəli futbolçu "Qəbələ"dən başqa digər Premyer Liqa təmsilçisi "Zirə"də də çıxış edib. O, Bakı təmsilçisinin heyətində 64 oyun keçirib.

26 yaşlı futbolçu bütün aşağı yaş qrup millilərimizin də heyətində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!