"Stadionumuzu da, klubumuzu da, hətta evimizi də "Qarabağ"ın üzünə açarıq"

23 Oktyabr 2020 16:42 Qarabağ 505
"Stadionumuzu da, klubumuzu da, hətta evimizi də "Qarabağ"ın üzünə açarıq"

"Dünən klubun binasında gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, Avropa Liqasında mübarizə aparan "Qarabağ"a evdə oyun keçirməyə icazə vermir, onlara fərqli ölkələrdə oynamaq variantı təklif olunub".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Başakşehir"in prezidenti Göksel Gümüşdağ "Anadolu"ya müsahibəsində "Qarabağ"ın I qrupunun II turunda "Vilyarreal" ilə oyununun İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə danışarkən deyib.

O bildirib ki, variantlar arasında Türkiyə də olub: "Qarabağ" tərəfi da UEFA və "Başakşehir" klubu icazə verərsə, burada oynamaq istədiyini bildirib.

Mən də baş direktorumuza dedim ki, Azərbaycan və "Qarabağ"lı can qardaşlarımızın hamısını burada qonaq etməkdən qürur və xoşbəxtlik duyacağıq. Biz hər zaman iki dövlət, bir millət hissini yaşayırıq. Dostluq, qardaşlıq çətin gündə bilinər".

Klub prezidenti stadionun, hətta evlərinin də qapısını "Qarabağ"ın üzünə açmağa hazır olduqlarını vurğulayıb: "Yoldaşlara dedim ki, dərhal "Qarabağ"la əlaqə saxlayın. Biz tərəfdən heç bir problem yoxdur. UEFA fikrimizi soruşdu, müsbət cavab verdik.

Oktyabrın 28-də Çempionlar Liqasında PSJ ilə oyunumuz var. Bir gün sonra isə “Qarabağ” “Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa ehtiyac yoxdur. Biz onları ən yaxşı şəkildə qəbul etməyə hazırıq".



BAŞKANIMIZ GÖKSEL GÜMÜŞDAĞ | "Azerbaycan ve Karabağlı can kardeşlerimizi burada ağırlamaktan onur duyacağız."

(Via: @aa_spor) https://t.co/7rFrMvO6e7 pic.twitter.com/notpq7HhBk

— İstanbul Başakşehir (@ibfk2014) October 23, 2020

"Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam klubu ölkədəki vəziyyətlə əlaqədar ev qarşılaşmalarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"