COP29

“Qarabağ"la oyun daha çox şahmata bənzəyirdi və mən bunu bəyənirəm"

2 Dekabr 2023 11:00 Qarabağ 1 024
“Qarabağ"la oyun daha çox şahmata bənzəyirdi və mən bunu bəyənirəm"

“Linkoln”un (Cəbəllütariq) yarımmüdafiəçisi Cumani Barnet Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları (1:2, 0:4) xatırlayıb.

Sportinfo.az xəbər verir ki, “Voetbalzone” portalına danışan niderlandlı futbolçu "Qarabağ" kimi komandalarla oynamaq istədiyini bildirib:

"Azərbaycanda “Qarabağ”a qarşı 20 min azarkeş önündə oynamışdıq. Meydança təbii örtüklü idi, futbol isə daha çox şahmata bənzəyirdi və mən bunu bəyənirəm.

Mən bəzən şahmat oynayıram, çünki diqqətli seçimlər etmək lazımdır. Burada hər şey vacib olan xırda detallarla bağlıdır.

“Qarabağ” kimi səviyyəli komandalarla tez-tez oynamaq fürsətini səbirsizliklə gözləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"