"Qarabağ" Albaniya millisinin qapıçısına təklif göndərdi

11 May 2020 20:20 Qarabağ 746
"Qarabağ" Albaniya millisinin qapıçısına təklif göndərdi

"Qarabağ" "Menemenspor"dan Gentian Selmanini transfer etmək istəyir.

Sportinfo.az-ın "ajansspor"a istinadən məlumatına görə, bu barədə I liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubu 22 yaşlı qapıçı üçün rəsmi təklif göndərib: "Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Gənc qolkiperə görə "Qarabağ"dan təklif gəlib. Danışıqlar davam edir".

Bu mövsüm "Menemenspor"un heyətində 28 oyunda meydana çıxan Gentian Selmani Albaniya millisinin də üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti