“Qarabağ” 1,5 milyon avronu ona verən deyil

12 Mart 2020 23:00 Qarabağ 1 213
“Qarabağ” 1,5 milyon avronu ona verən deyil

“Qarabağ”ın müdafiəçisi Ailton Silva karyerasını Kiprdə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Kiprli həmkarlarımızın yazdığına görə, APOEL braziliyalı cinah oyunçusunun keçidində israrlıdır.

Azərbaycan klubunda icarə əsasında çıxış edən və müqavilə ilə “Ştutqart”a məxsus olan 25 yaşlı futbolçu üçün Nikosiya təmsilçisi almanlarla danışıq aparmağa hazırlaşır.

APOEL rəhbərliyi Ailtonun transferi müqabilində “Ştutqart”ın tələb etdiyi 1,5 milyon avroluq təkliflə qarşı tərəfin qapısını döyəcək.

“Qarabağ” Ailton Silvanı mövsümün əvvəlində birillik icarəyə götürüb. Ağdamlılar Bundesliqa II klubunun tələbini qarşılamaq iqtidarında deyillər. Bu üzdən onun mövsümün sonunda APOEL-ə keçmək ehtimalı yüksək qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti