UEFA "Qarabağ"ın futbolçusu və məşqçisinə nə cəza verdi?

1 Mart 2024 12:40 Qarabağ 1 178
UEFA "Qarabağ"ın futbolçusu və məşqçisinə nə cəza verdi?

UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib.

Komandanın hər iki üzvü Avropa Liqasının 1/8 finalında “Bayer 04”ə (Almaniya) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.

Qitə futbol qurumu həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” görüşü martın 7-də, saat 21:45-də başlayacaq.

Tərəflər arasında cavab görüşü isə bundan bir həftə sonra Leverkuzen şəhərində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu