“Erkən qollar bizi həvəsdən saldı, çox məyusuq”

02:30 Qarabağ 127
“Erkən qollar bizi həvəsdən saldı, çox məyusuq”

“Erkən qollar bizi həvəsdən saldı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduqları ilk oyun barədə danışarkən deyib.

O, rəqibin çox güclü komanda olduğunu bildirib.

“Əvvəlcədən bilirdik ki, “Nyukasl” bizə problem yaşadacaq. Təəssüf ki, böyük hesabla uduzduq.

Çox məyusuq. Cavab oyununda əlimizdən gələni edəcəyik”, - Qurbanlı bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı