60 milyon avroluq ulduz Bakıda necə “poker” etdi?

01:20 Qarabağ 94
60 milyon avroluq ulduz Bakıda necə “poker” etdi?

Bakıda keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Nyukasl”ın ulduzu Entoni Qordon ilk hissədə “poker”ə imza atıb.

Sportinfo.az xəbər verir ki, matçın ilk 45 dəqiqəsi “sağsağanlar”ın mütləq üstünlüyü ilə başa çatıb.

25 yaşlı ingiltərəli futbolçu cəmi bir hissə ərzində “Qarabağ”ın qapısına 4 qol vurmağı bacarıb. O, 3-cü dəqiqədə hesabı açdıqdan sonra 32-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Cəmi 1 dəqiqə sonra isə müdafiənin səhvindən yararlanaraq het-trikini rəsmiləşdirib. Qordon “poker”ini ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə penalti ilə tamamlayıb.

“Nyukasl”ın digər qolunu isə 8-ci dəqiqədə Malik Tyau vurub.

Oyunçunun dəyəri 60 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı