Tahir Gözəl: “10 qat aşağı büdcə ilə buralara gəlib çatmışıq” - VİDEO

17:10 Qarabağ 88
Tahir Gözəl: “10 qat aşağı büdcə ilə buralara gəlib çatmışıq” - VİDEO

“Biz bu gün haradayıq, bunu idrak etməliyik.

Avropa superliqalarında oynayan 850 klub var ki, onların hamısının büdcəsi bizdən artıqdır.

Lakin bu nəticələrə görə biz 2000-2500 komanda arasında ilk 24-lükdəyik”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib:

“Biz isə 10 qat aşağı büdcə ilə buralara gəlib çatmışıq. Bu hamımıza möhtəşəm qürur və özünəinam verir.

Son vaxtlar “Qarabağ”ın ağır qrafiki var idi. Şamaxıda qarda, Qubada palçığın içində oyunlarımız oldu.

Amma indi görürəm ki, futbolçularda özünəinam var. “Qarabağ” sabahkı oyunun önəmini bilir və əminəm ki, futbolçularımız özlərində ilahi güc tapacaqlar. Necə ki, “Ayntraxt”la oyunda bunu etdik”.

Daha ətraflı videoda:

Digər Xəbərlər
Xəbər Lenti