“Nərimanın əvəzinə başqa oyunçu olmayacaq”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov deyib.
O, jurnalistin “Nəriman Axundzadə siyahıda yoxdur, əlavə kimisə sifariş etmək olar?” sualına belə cavab verib:
“Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik.
Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq”.
"Qarabağ" ilə ABŞ təmsilçisi "Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb.
Beləliklə, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.

