"Qarabağ" Bakıda ağır məğlubiyyət aldı

23:40 Qarabağ 155
"Qarabağ" Bakıda ağır məğlubiyyət aldı

Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparan Ağdam təmsilçisi İngiltərə "Nyukasl"ını Bakıda qəbul edib.

Matç rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında cavab matçı isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Liqa mərhələsində 10 xalla "Qarabağ" 22-ci, "Nyukasl" isə 14 xalla 12-ci yeri tutmuşdu.

"Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə üz-üzə gələcək.

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) 1:6

Qollar: Elvin Cəfərquliyev, 54 // Gordan, 3, 32, 33, 45, Tyau, 8, Yakop Mörfi, 72.

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad

VAR: Rob Diyperink

AVAR: Dennis Hiqler

Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 11. Emmanuel Addai, 18. Dani Bolt, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

"Nyukasl": 1. Nik Pope, 2. Kiran Trippyer, 3. Lyuis Holl, 8. Sandro Tonali, 10. Antoni Qordon, 11. Harvi Barnes, 12. Malik Tiav, 20. Antoni Elanqa, 27. Nik Voltemade, 28. Co Uillok, 33. Dan Börn.
Ehtiyat oyunçular: 26. Con Ruddi, 32. Aaron Ramsdeyl, 58. Aydan Harris, 7. Joelinton, 18. Uilyam Osula, 23. Yakop Mörfi, 37. Aleks Mörfi, 41. Yakop Remsi, 61. Leo Şahar, 62. Şon Niv.
Baş məşqçi: Eddi Hau.

Digər Xəbərlər
Xəbər Lenti